Şrift:
ABŞ Nümayəndələr Palatası Baydenin impiçmenti ilə bağlı qətnaməyə səs verəcək
12.12.2023 [10:20] - Gündəm, Siyasət
Dekabrın 13-də ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ prezidenti Co Baydenin impiçmenti üçün əlavə araşdırmaya icazə verən qətnaməyə səs verəcək.

Bu barədə "Reuters" agentliyinə ABŞ qanunverici orqanının aşağı palatasındakı Respublikaçılar Partiyasının nümayəndəsi bildirib.


Beləliklə, o, qanunverici Liza Makkleynin səsvermənin dekabrın 14-də keçiriləcəyi ilə bağlı bəyanatını təkzib edib. Səsvermə ərəfəsində qətnamə Nümayəndələr Palatasının Qaydalar Komitəsində nəzərdən keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 337 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed