Şrift:
ABŞ dekabrda Ukraynaya yeni hərbi yardımı elan etmək niyyətindədir
12.12.2023 [10:22] - Gündəm, Siyasət
ABŞ hakimiyyəti bu ayın sonuna kimi Ukraynaya yeni hərbi yardım ayıracaq.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasında Strateji Kommunikasiyalar üzrə Koordinator Con Kirbi deyib.

"Mən prezidentdən çox da qabağa getmək istəmirəm, amma bildiyiniz kimi, ilin sonuna hərbi yardımın göstərilməsinə çox həftələr qalmayıb. Ona görə də ayın sonuna qədər əlavə hərbi yardım elan etməyimizi tamamilə gözləyərdim", - deyə o bildirib.

Ukrayna prezidenti Volodimir Zelenskinin Amerika rəhbərliyindən onu ABŞ-a dəvət etməsini xahiş edib, yoxsa bunun Vaşinqtonun təşəbbüsü olub-olmaması ilə bağlı sualı cavablandıran C.Kirbi vurğulayıb: “Bu, prezident Baydenin dəvəti idi”. Vaşinqton administrasiyası dekabrın 10-da bildirib ki, Bayden Zelenskini dekabrın 12-də Ağ Evdə görüşə dəvət edib.
Bu xəbər oxucular tərəfindən 404 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed