Şrift:
Fərəc Quliyev yenə namizədliyini irəli sürəcəkmi?
12.12.2023 [10:35] - Xəbərlər, Gündəm, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycanda gələn il növbədənkənar prezident seçkiləri keçiriləcək. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Seçkilər 2024-cü il fevralın 7-nə təyin edilib.
Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə prezident seçkiləri 2018-ci ilin aprelində keçirilmişdi.
Həmin il seçkilərdə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev iştirak edib.

Modern.az sözügedən partiya sədrindən budəfəki seçkilərdə iştirak edib-etməyəcəklərini öyrənməyə çalışıb.


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qərarın partiyanın qanunverici orqanıbdan asılı olduğunu söyləyib:


"Əslində, bütün siyasi partiyaların məqsədi təbii ki, seçkidə iştirak etməkdir. Yenə də seçkilərdə iştirak edib-etməmək partiyanın qanunverici orqanının qərarından asılı olacaq. Bizim hələ ki dəqiq bir qərarımız yoxdur. Partiyanın ali orqanı toplanacaq və burada alınan qərara uyğun davranılacaq. Həftə ərzində toplantı keçiriləcək".

Turqay MUSAYEV/modern.az
Bu xəbər oxucular tərəfindən 738 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed