Şrift:
MÜSİAD - 2024 EXPO İstanbulda keçiriləcək
13.12.2023 [12:14] - Türk dünyası-Turan
MÜSİAD - 2024 EXPO önümüzdəki il İstanbulda keçiriləcək.

Bunu MÜSİAD Azərbaycanın sədri Rəşad Cabirli Qida və Kənd Təsərrüfatı Forumunun açılışı zamanı bildirib.

O qeyd edib ki, tədbir gələn ilin noyabr ayının 13-14 tarixlərində keçiriləcək.

Xatırladaq ki, bu gün Bakıda MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə Qida və Kənd Təsərrüfatı Forumunun açılış mərasimi keçirilib.

Əlavə olaraq bildirək ki, TurkicWorld (Türk Dünyası) media platforması Forumunun rəsmi media tərəfdaşı seçilib.
Bu xəbər oxucular tərəfindən 1071 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed