Şrift:
Hakan Fidan ABŞ-yə səfər edib
22.01.2024 [10:11] - Türk dünyası-Turan
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-yə səfər edib.

Səfərlə bağlı Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, Hakan Fidan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının yanvarın 23-də Nyu-Yorkda keçiriləcək iclasında iştirak edəcək. İclasda İsrail-Fələstin qarşıdurması müzakirə olunacaq.

Səfər çərçivəsində Türkiyənin XİN rəhbərinin ikitərəfli görüşlər keçirməsi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 788 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed