Şrift:
Beynəlxalq Atom Enerjisi Agentliyinin ilk regional ofisi açılacaq
19.02.2024 [09:52] - Gündəm
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Sinqapurda ilk regional ofisi açılacaq.

Ofis ilin ikinci yarısında fəaliyyətə başlayacaq. Bu, agentliyin Parisdəki mənzil-qərargahından kənarda ilk ofisi olacaq.

Sinqapurdakı ofis Cənub-Şərqi Asiyadakı bütün ölkələr ilə enerji təhlükəsizliyini artırmaq və təmiz enerjiyə keçidi sürətləndirmək istiqamətində çalışacaq. Bundan başqa, ofis BAEA-nın alternativ və bərpaolunan enerji fəaliyyəti üçün regional əlaqələndirici rolunu oynayacaq, texniki dəstək, təlimlərin təşkili ilə məşğul olacaq.
Bu xəbər oxucular tərəfindən 184 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed