Şrift:
AVRO-2024: Ukrayna millisi final mərhələsinə vəsiqə qazanıb
27.03.2024 [10:23] - İdman
Ukrayna və İslandiya milli komandaları arasında 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin "B Yolu"nun final oyunu başa çatıb.

Görüş Polşanın Vrotslav şəhərində keçirilib.

Ukrayna yığması 2:1 hesabı ilə qələbə qazanıb. Ukrayna komandasının heyətində qolları Viktor Tsıqankov (54-cü dəqiqə), Mixail Mudrik (84) vurublar. İslandiyanın heyətində 30-cu dəqiqədə Albert Qudmundsson fərqlənib.

Beləliklə, Ukrayna millisi Avro-2024-ün qrup mərhələsinə yüksəlib.
Bu xəbər oxucular tərəfindən 616 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed