Şrift:
Həsən ELBRUSOĞLU: - Hələ də gec deyil...
20.02.2013 [13:23] - Gündəm, DAVAMın yazıları
Zaman zaman tarixin amansız sınaqları ilə üz-üzə qaldıq. İçi-içimizdən, dışı-dışımızdan parçalandıq və ya parçalanmalara məruz qaldıq. Yurd yuvamızdan qovulduq, didərgin düşdük. Qaçqın olduq, köçkün olduq, el-obamız yağmalandı, işğal edildi, vətəndən uzaq düşdük. İllərdir qəlbimizdə vətən adlı ağır dərdi daşıyaraq , yaralı ürəklə enişli-yoxuşlu, sıldırımlı yollarda addımladıq. Uzun zamandır ağrılara əzablara tab gətirərək haqq səsimizi dünyaya hayqırdıq. Nə yazıq ki, boğazımızı kəsən baltaların sapları su verdiyimiz bəslədiyimiz ağacların parçası oldu. Ürəyimizin təmizliyi sonda başımıza bəla oldu.Ürəyimiz o qədər təmizdir ki, qanayan, qaysaqlayan yaralaımız ildə bir dəfə bizi incitdi. Yetər bu qədər bəlalar gördüyümüz, ağrılara dözməyimiz, özgələrin fitvasına gedib özümüzə düşmən olmağımız. Yetər dinimiz parçalandı. Qardaş qardaşla, ata oğulla, bacı qardaşla düşmən oldu ayılmadıq, birliyə doğru addım atmadıq. Hələ də cox təəssüflər olsun ki, acı röyaların qaranlığında ilişib qalmışıq. Mədəniyyətimiz parçalandı. Özümüz də bilmədən və ya qəsdən adı avropa özü və sonu bilinməyən uçuruma istiqamət götürdük. Təəssüf ki, bu yol bizi naməlum, sonu olmayan bir ünvana aparır.
Artıq sözümüzü bir etməyin zamanıdır. Bu halda bəlkə gecikmişik. Bəlkə də yox...
BİRLƏŞƏK - vəzifəsindən, mövqeyindən, siyasi mənsubiyyətindən asılı olmayaraq. Vətən də onun dərdi də hər birimizindir. Düşünmək zamanıdır dostlar. Bizə özümüzdən başqa kömək edən olmayacaq. Birləşək ümumilli maraqlar ətrafında. Birləşək ki, birliyimiz bizi özümüzdən uzaqlaşdırmasın...

Həsən ELBRUSOĞLU
Bu xəbər oxucular tərəfindən 1098 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed