Şrift:
AVRO-2024: Fransa Belçikanı məğlub edərək, 1/4 finala çıxıb
02.07.2024 [10:16] - Gündəm, İdman
Futbol üzrə Avropa çempionatında 1/4 finala vəsiqə qazanan növbəti komanda bəlli olub.

Günün ilk matçı Fransa və Belçika milliləri arasında keçirilib.

Düsseldorf oynanan qarşılaşmanı isveçli referi Qlenn Nyberq idarə edib.

Fransa Belçikanın müdafiəçisi Vertongenin avtoqolu sayəsində minimal hesabla qalib gələrək, 1/4 finala vəsiqə qazanıb.

AVRO-2024

1/8 final

1 iyul

20:00. Fransa - Belçika 1:0

Qol: Vertongen, 85

Baş hakim: Qlenn Nyuberq (İsveç).

Düsseldorf, "Esprit Arena".
Bu xəbər oxucular tərəfindən 1237 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed