Şrift:
Tacikistan prezidenti Azərbaycan səfirini qəbul edib
21.02.2013 [12:36] - Gündəm, Türk dünyası-Turan
Tacikistan prezidenti Emomali Rahmon Azərbaycanın bu ölkədəki səfiri Abbasəli Həsənovu qəbul edib. Tacikistan prezidentinin mətbuat xidmətinin yaydığı xəbərə görə, tərəflər 2012-ci ilin iyulunda E. Rahmonun Azərbaycana səfəri zamanı imzalanmış sazişlərin və digər ikitərəfli razılaşmaların həyata keçirilməsini müzakirə ediblər. Onlar bu sənədlərin həyata keçirilməsinin Azərbaycan və Tacikistan arasında münasibətləri yeni səviyyəyə çıxaracağını vurğulayıblar.
Bu xəbər oxucular tərəfindən 734 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed