Şrift:
İzmirdə Xocalı soyqırımı anıldı
26.02.2013 [21:05] - Gündəm, Türk dünyası-Turan
Bu haqda xəbər verən aksiyanın iştirakçısı, Ege Universitetinin tələbəsi, Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının fəalı Adil Xasməmmədli aksiyanın yüksək səviyyədə keçdiyini bildirdi:

"İlk öncə aksiya iştirakçıları, iki qardaş dövlətin himnini oxumaqla başladılar.
Türkiyənin İzmir şəhərində təhsil alan Azərbaycanlı tələbələr Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı İzmir şəhər meydanında plaketlər paylamaqla, flaşmob təşkil etməklə qeyd etdlər. Gənclərimiz bir-bir insanlara yaxınlaşaraq, orada baş verən soyqırımla bağlı məlumatlar verirdilər.
Yerli ictimaiyyətə ermənilərin Qarabağda, Xocalıda həyata keçirdikləri insanlıqdan kənar hərəkətləri haqda bilgilər verildi.
İzmir Cümhuriyyət Meydanında “bir millət, iki dövlət”, Xocalı faciəsinin iştirakçıları beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər və s. şüarlar səsləndirildi. Sonda aksiya şəhidlərin ruhuna dualar oxumaqla başa çatdı”,-deyə A.Xasməmmədli bildirdi.

Elnur Eltürk

İzmirdə Xocalı soyqırımı anıldı

İzmirdə Xocalı soyqırımı anıldı

İzmirdə Xocalı soyqırımı anıldı

İzmirdə Xocalı soyqırımı anıldı

Bu xəbər oxucular tərəfindən 793 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed