Şrift:
Lavrov Roma Papasının Ukrayna üzrə xüsusi nümayəndəsi ilə görüşüb
15.10.2024 [12:11] - Siyasət
Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan Roma Papasının Ukrayna üzrə xüsusi nümayəndəsi kardinal Matteo Zuppi görüşüb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Lavrov Zuppi ilə Ukrayna münaqişəsi kontekstində humanitar sahədə əməkdaşlığı müzakirə edib.

"Danışıqlar zamanı tərəflər Ukrayna ətrafında münaqişə kontekstində humanitar sahədə əməkdaşlığı ətraflı müzakirə edib, ikitərəfli və beynəlxalq gündəmdə olan bir sıra aktual məsələlərə toxunublar.

Rusiya-Vatikan dialoqunun konstruktiv inkişafı qeyd edilib", - deyə Rusiya XİN-nin məlumatında qeyd olunub.
Bu xəbər oxucular tərəfindən 81 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed