Şrift:
UEFA Millətlər Liqası: Azərbaycan millisi Slovakiya yığmasına məğlub oldu
15.10.2024 [12:20] - Gündəm, İdman
Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyuna çıxıb.

Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Bakıda Slovakiya yığmasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşə saat 20:00-da start verilib.

Azərbaycan millisi C Liqasının 1-ci qrupunda 3 oyundan sonra xalsızdır və 4 komanda arasında sonuncu pillədə qərarlaşıb.

UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup

14 oktyabr

20:00 Azərbaycan – Slovakiya 1:3
Qollar: T. Bayramov, 38 - R. Məmmədov, 16-öz qapısına, L. Haraslin, 75, D. Duriç, 85
Qırmızı vərəqə: M. Emreli, 70

Azərbaycan: Mehdi Cənnətov, Qismət Alıyev, Rahil Məmmədov, Bədavi Hüseynov, Anton Krivotsyuk, Aleksey İsaev, Ceyhun Nuriyev, Elvin Cəfərquliyev, Toral Bayramov, Mahir Emreli, Ramil Şeydayev

Slovakiya : Marek Rodak, David Hançko, Lubomir Satka, Milan Şkrinyar, Peter Pekarik, Ondrey Duda, Stanislav Lobotka, Laslo Beneş, Tomas Suslov, David Strelets, Lukas Qaratslin.
Baş hakim: Rohit Saqqi (Norveç)
Tofiq Bəhramov adına Respublika stadionu
Bu xəbər oxucular tərəfindən 93 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed