Şrift:
Peskov: Gürcüstanın daxili işlərinə qarışmırıq
16.10.2024 [10:01] - Siyasət
Rusiya Gürcüstanın daxili işlərinə heç bir şəkildə qarışmır və bunu etmək niyyətində deyil.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Gürcüstan prezidentinin ölkəni “Rusiya hökuməti”nin idarə etməsi ilə bağlı bəyanatını şərh edərkən deyib.

"Gürcüstan bizim qonşumuzdur. Bilirsiz ki, münasibətlərimizdəki bütün fəsadlar cəmiyyət və xalqlar arasında humanitar əlaqələrin inkişafına mane olmur. İnsanlar Gürcüstandan Rusiyaya, Rusiyadan Gürcüstana getməyə davam edir. Seçkilərə gəlincə, bu, bizim işimiz deyil. Biz Qərb dövlətlərinin Gürcüstanın hazırkı hakimiyyətinə açıq şəkildə təzyiq göstərmək cəhdlərini görürük. Onlar seçki kampaniyasının gedişatına üstüörtülü deyil, birbaşa təsir göstərirlər. Bizə gəlincə, biz Gürcüstanın daxili işlərinə heç bir şəkildə qarışmırıq, bunu etmək niyyətində deyilik", deyə Kremlin sözçüsü vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 62 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed