Şrift:
Nazir: Trans-Xəzər və Qafqaz Yaşıl Enerji Dəhlizi layihəsi Gürcüstan və Avropanın enerji müstəqilliyi üçün vacibdir
13.11.2024 [10:56] - İqtisadiyyat
Trans-Xəzər və Qafqaz Yaşıl Enerji Dəhlizi layihəsi Gürcüstan və Avropanın enerji müstəqilliyi üçün vacibdir.

Bunu Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili deyib. O, Gürcüstanın layihədə aktiv şəkildə iştirak etdiyini əlavə edib.

Davitaşvili vurğulayıb ki, layhənin COP29 çərçivəsində təqdimatı simvolik əhəmiyyəti var.

"Bu gün dünyada iqlim dəyişikliyinin yumşaldılması istiqamətində mövcud olan gündəm yaşıl enerji siyasəti ilə sıx bağlıdır, çünki biz başa düşürük ki, iqlim dəyişikliyində rol oynayan amillərdən biri dünyada enerji sektorudur. Gürcüstanın timsalında, iqlim dəyişikliyinə səbəbin 60 faizindən çoxu enerji sektoru ilə bağlıdır, buna görə də qlobal gündəmdə istixana qazlarının azaldılması məsələsinin reallaşdırılması çox vacibdir. Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstanın birgə həyata keçirdiyi enerji layihəsi də bu baxımdan vacibdir", - Levan Davitaşvili qeyd edib.
Bu xəbər oxucular tərəfindən 52 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed