Şrift:
Quzey Kıbrısın səfiri gənclərlə görüşüb - FOTO
28.02.2013 [15:26] - Gündəm, Türk dünyası-Turan
Azərbaycan-Kıbrıs Türk Cəmiyyəti Quzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbəri Sadeddin Topukçu ilə gənclərin görüşünü keçirib.

Dünya Azərbaycanlıları İnformasiya Mərkəzində keçirilən tədbiri açıq elan edən AKTC-nin Azərbaycan üzrə rəhbəri Seymur Həsənli təşkilatın yaranma tarixi və məqsədi haqqında məlumat verib. “Quzey Kıbrısın Azərbaycanda tanıdılması istiqamətində iş aparan yeganə təşkilat AKTC müxtəlif layihələr həyata keçirməklə iki türk dövləti arasında körpü rolunu oynamağa çalışır. Biz Türk Dünyasının müxtəlif problemlərini ümumtürk səviyyəsinə qaldırmaqla həllini sürətləndirə bilərik. Məqsədimiz cəmiyyəti yaratmaqla Kıbrıs probleminin Azərbaycan və ümumilikdə, Türk Dünyası müstəvisində həllinə nail olmaqdır. Bugün cənab səfirlə gənclərin görüşünü təşkil etdik ki, həm problem haqqında Kıbrıs türkünün dilindən məlumat əldə edəsiz, həm də suallarınız cavablansın.”

Çıxış edən AKTC-nin Türkiyə üzrə rəhbəri Mehmet Akçay səfir Sadeddin Topukçu haqqında məlumat verib. “Sadeddin bəy Kıbrısın ən güclü beş diplomatından biridir. Otuz ildən yuxarıdır bu sahədə çalışır və qürur duyuruq ki, belə bir diplomat türk ölkəsi Azərbaycandadır.”

Sonra söz QKTC-nin səfiri Sadeddin Topukçuya verilib. Kıbrısın tarixi haqqında məlumat verən səfir, ölkənin müstəqilliyinin əldə etməsi, ingilislərin işğalı, Kıbrısda yunanlar tərəfindən aparılan soyqırım siyasəti, 1974-cü il Kıbrıs Barış Hərəkatı və bugünə kimi keçilən yol haqqında məruzə edib. Görüşdə dünya tərəfindən aparılan embarqo siyasətinin aradan qaldırılması və Türk Birliyi yolunda onun müstəqilliyinin digər türk dövlətləri tərəfindən tanınması kimi məsələlər də müzakirə olunub. Gənclərin müxtəlif istiqamətli suallarını cavablandıran səfir, hər nə olursa-olsun, Kıbrıs bayrağının o torpaqlarda həmişə dalğalanacağını dilə gətirib. Kıbrıs türkləri olaraq yalnız Türk Dünyasına arxalandıqlarını bildirib.

Tədbirdə Milli Dirçəliş Hərəkatı Partiyası, Milli Demokrat (Bozqurd) Partiyası, Yeni Nəfəs Gənclər Təşkilatı, Milliyətçi Gənclər Təşkilatı, Vətənpərvər Gənclər Təşkilatı və s. nümayəndələri qatılıb.

Sonda gənclər səfirlə xatirə şəkilləri çəkdirib və bütün gənclərə cəmiyyət tərəfindən Quzey Kıbrıs bayraqları hədiyyə olunub.

Quzey Kıbrısın səfiri gənclərlə görüşüb - FOTO

Quzey Kıbrısın səfiri gənclərlə görüşüb - FOTO

Quzey Kıbrısın səfiri gənclərlə görüşüb - FOTO

Quzey Kıbrısın səfiri gənclərlə görüşüb - FOTO

Quzey Kıbrısın səfiri gənclərlə görüşüb - FOTO


Nərgiz Qarayeva
Bu xəbər oxucular tərəfindən 1350 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed