Şrift:
Xocalı Qətliamı (Cocuq Qatilləri) kitabı çapdan çıxıb
06.03.2013 [11:43] - Gündəm, Mədəniyyət
“Son illər Erməni vandalizmi, daşnak vəhşiliyi mövzusunda qələm adamları, tarixçilər, tədqiqatçılar dəyərli əsərlər ortaya qoyublar. Belə əsərlərdən biri də şair, yazıçı Ayaz İmranoğlunun və İqbal Adiloğlunun ərsəyə gətirdikləri bu kitabdır.
Hər iki müəllif, demək olar ki, kitabda baş verən hadisələrin canlı iştirakçilarıdır. Belə ki, A.İmranoğlu işğal olunmuş bölgəmizdən, İ.A- diloğlu isə Qarabağ müharibəsinin iştirakçısıdır. Məhz buna görədir ki, kitab quru, pafoslu söz yığnağından uzaq, necə deyərlər canlı yaşantıdır. Əsasən tarixi faktlar, daşnakermənilər haqqında olan məlumatlar, işkəncələr, əsirlərimizin başlarına gələn müsibətlər, kiçik yaşlı uşaqlarımıza qarşı edilən vəhşiliklər kitabda dəlil subutlarla oxucuya çatdirilir.”
İSBN: 978-9952-445-47-3
© Ayaz İmraııoğlu, 2013 © İqbal Adiloğlu, 2013
Redaktor: Əlirza Amanbəyli (Güney Azərbaycanlı, Qarabağ müharibəsi iştirkçısı)
Korrektor: Fazil Vəliyev
Dizayner: Fariz Məhərrəm
Kitabın elekteron forması yaxın günlərdə www.davam.az saytına yerləşdirliləcək!.


REDAKTORDAN
Neçə əsrdir erməni fitnəkarlarının xəyanətinə məruz qalan türklər bu gün də məlum ağrını yaşamaqdadırlar. Azərbaycan türkləri isə bu gündə ata-baba torpaqlannda qətlamlara məruz qalır, öz yurd yerlərindən sürgün olunurlar. Bu proses hələ də davam edir. Bu barədə çoxyazılıb, çox deyilib. Amma necə deyərlər, bu haqsızlığa dünya birliyi hələ də susur. Özümüz danışıb, özümüz eşidirik. Son olaylar da bunu təsdiq edir. İstər Qərbi Azərbaycan, istər Qarabağ, istərsə də Güney Azərbaycan məsələsində istədiyimiz və umduğumuz heç bir dəstəyi ala bilınirik. Kəsinliklə də ala bilməyəcəyik. Son illər bu mövzuda qələm adamları, tarixçilər, tədqiqatçılar dəyərli əsərlər ortaya qoyublar. Belə əsərlərdən biridə oxucuların görüşünə gəlib. Bu dəyərlı kitab şair, yazıçı Ayaz İmranoğlunun və İqbal Adiloğlunun "Xocalı qətlamı, cocuq qatilləri" araya - ərsəyə gətirdikləri bu əsərdir. Hər iki müəllif demək olar ki, kitabda baş verən hadisələrin canlı iştirakçılarıdır. A. İmranoğlu işğal olunmuş bölgəmizdən, İ. Adiloğlu isə Qarabağ müharibəsinin iştirakçısıdır. Məhz buna görədir ki, kitab quru, pafoslu söz yığnağından uzaq, necə deyərlər canlı yaşantıdır. Kitabı oxuyan oxucuda hər bir yazını oxuyanda özünü o hadisələrin içində hıss edir. Müəlliflər demək olar ki, qarşılarına qoyduqları məqsədə nail olublar. Əsasən ta- rixi faktlar, daşnak ermənilər haqqında olan məlumatlar, işkəncələr, əsirlərimizin başlarına gələn müsibətlər, azyaşlı uşaqlarumza qarşı edilən vəhşiliklər kitabda dəlil subutlarla oxucuya çatdirilir. "Kirvə" "Əsirlik həyatı", ' Drabilka - insan üyüdən dəyirman", "Başı kəsilən əsir ana ana deyirdi", "Bir ovuc çərşənbə buğdası" və s. yazılar bu qəbildəndir. Kitabın dəyəri bir də ondadır ki, kitabda bəhs olunan hər bır yazı hekayə xarakterlidir. Aydın yazı üslubu, səlis ifadələr, hadisəyə öz baxış bucaqların qoyan müəllifərin peşəkarlığından xəbər verir. Bəli, həqiqətən müəlliflərin birgə yazdıqları bu dördüncü kitabdır. Vətənpərvərlik mövzularında yazdıqları hər bir kitab geniş oxucu kütləsinin rəğibətini qazanıb.
Sözümü müəlliflərin bəyanat xarakterli fikirləri ilə tamamlamaq istəyirəm: Unutmadan bunu da deyək. Ermənilər bizdən fərqli olaraq televiziyalara deyil, daha çox yazdı mediyaya önam verirlər. Çünki istər internetdə, istərsədə qəzet səhfələrində yazılan hər bir söz yüz il sonraya hesablan- mış bir tarixdir. Onlar bu gün yazdıqları və ya yazdıqlarmı 50-100 il sonra gələn nəsillərə ərmağan olaraq ötürməyi düşünürlər. Nə qədər ki, gec deyil bizim də düşünnıəmiz gərək deyiimi? Yoxsa hələ də öz sorunlarımız deyil, ərəb dünyasının sorunlarıyla məşğul olmalıyıq. Unutmadan xatırladaq ki, özünə umac ova bilməyən başqasma əriştə kəsə bilməz. Düşünün ey Türk dünyasın birliyindən danışıb, ərəb dünyası ilə məşğul olanlar. Bölgədə bu qədər haqqı tapdalanan Türk insanı var. Bir za da onlar üçün çaba verin. Baxın bu sözdə dəstəyı o insanlar görərsə, qarşılarında nəinki Fars,Rus, Erməni həta bu gün haqlarmı tanımayan, səslərimə səs verməyi gərək bilməyən dünya birliyi də dayana bilməz”.



MDHP Güney Azərbaycan Departamentinin
sədri Əlirza Amanbəyli


Xocalı Qətliamı (Cocuq Qatilləri) kitabı çapdan çıxıb
Bu xəbər oxucular tərəfindən 1185 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed