Şrift:
Avropa aviaşirkətləri İrəvana təyyarə reysini dayandırdı
07.03.2013 [17:47] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Üç Avropa aviaşirkəri Ermənistanın paytaxtı İrəvana təyyarə reyslərini dayandırıb.Ermənistan mətbuatının verdiyi məlumata görə, bu barədə Ermənistanın turist agentlikləri birliyinin vitse prezidenti Yeqiş Tamaşyan məlumat verib.

Onun sözlərinə görə, İrəvana reys təşkil etməkdən Britaniya, Latviya və Polşa aviaşirkətləri imtina ediblər. Şirkətlərin reyslər təşkil etməkdən imtina etmələrinə səbəb isə Ermənistanın hava məkanının azad olmaması göstərilib.

Qeyd edək ki, Ermənistanda bu il Şərqi Avropa ölkələrinə aviobiletlərin qiyməti 20-25 faiz yüksəlib.
Bu xəbər oxucular tərəfindən 1052 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed