Şrift:
Əfqanıstanda NATO helikopteri düşüb, həlak olanlar var
12.03.2013 [08:33] - Xəbərlər, Hadisə
Əfqanıstanın cənubunda helikopterin düşməsi nəticəsində ölkədəki Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin 5 hərbçisi həlak olub. Bu barədə Reuters məlumat verir.

Ölənlərin milliyyəti barədə hələlik məlumat yoxdur. Hadisənin səbəbləri dəqiqləşdirilir. İlkin məlumata görə, hadisə baş verən məqamda həmin rayonda silahlıların fəallaşması müşahidə edilməyib.

Əfqanıstandan cənubundakı NATO kontingenti əsasən ABŞ və Böyük Britaniya hərbçilərindən ibarətdir.
Bu xəbər oxucular tərəfindən 797 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed