Şrift:
ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında Novruz bayramına həsr olunmuş tədbir keçirilib
15.03.2013 [17:18] - Gündəm, Mədəniyyət
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın iqamətgahında Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Səfir qonaqlara tədbirə qatıldıqlarına görə, təşəkkürünü bildirib, Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.

Sonra uşaq rəqs qruplarının, tanınmış estrada müğənnilərinin çıxışları olub. Səfir R.Morninqstar da tədbir iştirakçılarına qoşularaq Azərbaycan musiqisinin sədaları altında rəqs edib, Novruz tonqalının üstündən tullanıb. Qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 749 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed