Şrift:
Makedoniya Azərbaycanla vizasız rejimin müddətini daha bir il uzadıb
16.03.2013 [10:14] - Gündəm, Türk dünyası-Turan
Makedoniya bir sıra ölkələrlə vizasız rejiminin müddətini daha bir il uzadıb.

Makedoniya hökumət saytının verdiyi məlumata görə, Azərbaycan, Rusiya, Ukrayna və Qazaxıstanın vətəndaşları 2014-cü ilin martın 15-ə kimi bu ölkəyə vizasız gedib-gələ bilərlər.

Makedoniya hökuməti hesab edir ki, bu addım ölkəyə gələn turistlərin sayını artıracaq, yuxarıda qeyd edilən ölkələrlə iqtisadi əlaqələri daha da möhkəmləndirəcək və nəticədə Makedoniya daha çox gəlir əldə edəcək.
Bu xəbər oxucular tərəfindən 735 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed