Şrift:
Fərid Məmmədov Azərbaycanı Eurovision 2013-də təmsil edəcək
16.03.2013 [13:44] - Gündəm, Mədəniyyət
Azərbaycanı Eurovision 2013 mahnı müsabiqəsində Fərid Məmmədov təmsil edəcək. Bu barədə Eurovisionaz.com saytı məlumat verir.

Fərid Azərbaycanı "Hold me" mahnısı ilə təmsil edəcək. Mahnının müəllifi Dimitrios Kontopoulos-dur, Ani Lorak və Sakis Rouvas-ın Eurovision mahnılarının prodüserı olub və həmçinin çoxsaylı xitlərin müəllifidir.

Martın 14-də Eurovision 2013 milli seçimlərinin Finalı Bakıda Buta Palace sarayında baş tutub. 10 iştirakçı Azərbaycanı Eurovision 2013 Mahnı Müsabiqəsində təmsil etmək uğrunda mübarizə aparıb. Bütün iştirakçılar çıxışlarını bitirdikdən sonra peşəkar münsiflər heyəti ölkə təmsilçisinin adını elan edib - Fərid Məmmədov Azərbaycan bayrağını Malmoda (İsveç) dalğalandıracaq.
Bu xəbər oxucular tərəfindən 1793 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed