Şrift:
Azərbaycanın Baş prokuroru Ankara və Parisdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərlə bağlı müraciət ünvanlayıb
01.04.2013 [19:05] - Gündəm
Azərbaycanın Baş prokuroru Ankara və Parisdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərlə bağlı həmkarlarına müraciətlər ünvanlayıb.
Respublika Baş Prokurluğunun mətbuat xidmətindən verilən məlumata görə, 24 fevral 2013-cü il tarixdə Ankara şəhərində Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı keçirilmiş aksiya zamanı bir qrup ermənipərəst şəxsin hücumuna məruz qalmış tədbir iştirakçılarından 7 nəfəri xəsarət alıb.
Bundan başqa, cari il fevralın 26-da Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov da erməni diasporunun üzvləri tərəfindən döyülərək onlara bədən xəsarətləri yetirilib.
Azərbaycanın Baş prokuroru erməni diasporu və ermənipərəst qüvvələrin bu hüquqazidd əməllərini qəti şəkildə pisləyərək Türkiyə və Fransa hüquq mühafizə orqanlarından hadisələrin obyektiv və şəffaf şəkildə araşdırılmasının, təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunmalarının təmin edilməsi üçün Türkiyənin Yarqıtay Baş prokuroruna, Fransa Ali Məhkəməsi yanında Baş prokurora və Paris Apellyasiya Məhkəməsi yanında Baş prokurora müraciətlər edib.
Bu xəbər oxucular tərəfindən 572 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed