Şrift:
Azərbaycanlılar 31 Mart Soyqırımı Günü ilə əlaqədar Almaniyada aksiya keçiriblər
02.04.2013 [14:03] - Diaspor
31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Almaniyanın paytaxtı Berlinin mərkəzində - Brandenburq darvazaları önündə Azərbaycan Evi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) və Alman-Azərbaycan Gənclər Assosiasiyası birgə etiraz nümayişi keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, aksiya iştirakçıları 31 Mart qırğınlarını əks etdirən vərəqələr paylayıb, çoxsaylı şüarlar səsləndirərək yerli əhalinin və turistlərin diqqətini bu qanlı hadisələrin tarixinə cəlb edib, Berlin sakinləri ilə şəxsi söhbətlərdə azərbaycanlıların soyqırımı haqqında məlumat veriblər.



Aksiyanın sonunda erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri pisləyən bəyanat oxunub. Nümayişdən sonra Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin dəstəyi ilə Berlindəki Azərbaycan Evində anım mərasimi təşkil olunub. Tədbir iştirakçıları Azərbaycan tarixinin qanlı səhifələrini xatırlayıblar, həmçinin diaspor fəaliyyətində təbliğatın gücləndirilməsi yollarını müzakirə ediblər.
Bu xəbər oxucular tərəfindən 1030 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed