Şrift:
Türk dillərinin ortaq əlifbası hazırlanacaq.
10.04.2013 [16:53] - Gündəm, Türk dünyası-Turan
Türk dillərinin ortaq əlifbasının hazırlanması, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin aprelin 9-da imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ında yer alıb.


Proqramda qeyd edilib ki, Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi 2013-2020-ci illər ərzində türk dillərinin fonetika, leksika və qrammatikasının mü¬qayisəli tədqiqi sahəsində işlərin inten¬siv¬ləş¬di¬ril¬mə¬si, ortaq əlifba, terminologiya və ədəbi dillə bağlı birgə layihələrin hazırlanmasını təmin etməlidir.

Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2013-2014-cü illər ərzində isə milli transliterasiya standartları əsasında Azərbaycan əlifbasından digər əlifbalara transliterasiyanı həyata ke¬çi¬rən proqram təminatının hazırlanmasını təmin etməlidir.
Bu xəbər oxucular tərəfindən 1031 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed