Şrift:
Azərbaycan Beynəlxalq Universitetinin dörd ay axtarışda olan keçmiş müəllimi həbs edilib
18.04.2013 [13:42] - Gündəm, Hüquq
Şakir Həşimov övladlarını universitetə düzəltmək adı ilə vətəndaşların 80 min manatını mənimsəyib

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş müəllimi həbs edilib. Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Şakir Xəlil oğlu Həşimov bu gün tutularaq istintaqa təhvil verilib.

Polisdən həmçinin bildirilib ki, Ş. Həşimov ABU-nun müəllimi olub. O, xeyli sayda vətəndaşın övladlarını universitetə düzəltmək adı ilə 80 min manat pulunu mənimsəməkdə təqsirləndirilir.

Dörd ay əvvəl barəsində axtarış elan olunmuş Ş. Həşimov bu gün səhər saatlarında Bakı şəhəri ərazisində saxlanılıb.
Bu xəbər oxucular tərəfindən 1166 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed