Şrift:
Fərəc Quliyev:-Bunlar həm də vaxtında sərt mövqe qoyulmamasının nəticəsidir.
30.04.2013 [16:05] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin 30aprel 2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin iclasında çıxışı.


Hörmətli sədr, hörmətli həmkarlar!

Avropa Parlamentarilərinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə Azərbaycanın icazəsini almadan Ermənistan üzərindən və birbaşa səfər etməsi mütləq qınanmaqla yanaşı həm də adekvat cavablandırılmalıdır. Bu ölkələrin vətəndaşı olduğu ölkələrlə münasibətlərə yenidən baxılmalıdır. Azərbaycan Xarici İşlər Nazirliyi həmin ölkələrin Bakıdakı səfirliklərinə etiraz notası verməlidir. Dövlət tərəfindən sərt addımlar atılmadıqca, bir çox dövlətlər davamlı özbaşınalıq sərgiləyir.Yeri gəlmişkən Rusiyanın son addımlarını da nəzərə almaq lazımdır.Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasına daxil olan federal Ləzgi Milli-Muxtariyyətinin Avropa turnesində ölkəmiz əleyhinə apardığı kompaniya zamanı ölkəmiz əleyhinə Avropa təsisatlarında separatçı mövqe nümayiş olundu.Putinin numayəndəsi, RATİ-nin üzvü və Dağıstanın prezidenti səlahiyyətlərin icra edən Abdullatipovun açıq-aydın Azərbaycana qarşı bölücü çağırışları səsləndi.İndi Azərbaycanlı gənclərin Moskvaya çağırılıb təlimatlandırılması xəbərləri gəlir.Əgər Rusiyanın Azərbaycandakı səfiri ölkəmizin şimal bölgələrində bölücü çağırışlarla müşayət olunan görüşləri zamanı adekvat münasibət sərgilənsəydi,yəqin ki fərqli mənzərə olardı.Bunlar həm də vaxtında sərt mövqe qoyulmamasının nəticəsidir. Azərbaycan hökuməti belə məsələlərdə dərhal adekvat addım atmalı,bu ölkələrlə olan iqtisadi münasibətlərdə,ölkəmizin suveren hüquq və ərazi bütövlüyünə olan münasibət kriteriya kimi götürülməlidir.


Milli Dirçəliş Hərəkatı Partiyası mətbuat xidməti.
Bu xəbər oxucular tərəfindən 1457 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed