Şrift:
İran rejimi Azərbaycan adlı bir dövlətin varlıqını özünə təhlükə hesab edir
03.05.2013 [11:42] - Gündəm, Güney Azərbaycan xəbərləri
Əlirza Amanbəyli: "Azərbaycan türklərinin qarşısına çıxarkən məlum jestləri edirlər"


İranın sabiq xarici işlər naziri, prezidentliyə namizəd Mənuçöhr Möttəki ölkənin Şərqi Azərbaycan vilayətinin Marağa şəhərində yerli ictimaiyyətlə görüşüb. Görüş zamanı o, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyib.


Məsələ ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəyli Bakuinfo.Az-a münasibət bildirib.


"İran rəsmilərinin son günlərdə Qarabağ münaqişəsinin həll olunması istiqamətində vasitəçi olmağa hazır olduğunu bildirməsi və ya sözdə erməniləri pisləməsi, 23 il müddətində verdikləri bəyanatlar heç bir zaman əməldə özünü göstərməyib. Hakimiyyətdə olanlar müxalifətə keçən kimi Azərbaycan türklərinin qarşısına çıxarkən məlum jestləri edirlər. Əksinə, İran işğalçı Ermənistana və o bölgədə yerləşən terror təşkilatlarına bütün imkanları təmin etməklə Qarabağ probleminin həll olunmasına əngəl törədir. İran rejimi Azərbaycan adlı bir dövlətin varlıqını özünə təhlükə hesab edir . Unutmayaq ki, Şuşanın işğal olunmasında İranın böyük rolu olub” – deyə Əlirza Amanbəyli bildirib.


İlkin Novruzlu
Bakuinfo.Az
Bu xəbər oxucular tərəfindən 1115 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed