Şrift:
“EkoAvrasya”nın ödülləri həmyerlilərimizə təqdim edildi
21.09.2011 [15:05] - Gündəm
Xəbər verdiyimiz kimi, üç həmyerlimiz – araşdırmaçı-jurnalist Elnur El¬türk, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı və Azərbaycan Vətən Mü¬haribəsi Veteranları Birliyinin Sumqayıt şəhər Təşkilatının başçısı, Milli QHT Foru¬munun koordinatoru Mübariz Quliyev Azərbaycanla Türkiyə arasında sosial-mədəni və informasiya mübadiləsi sahəsində göstərdikləri xidmətlərə görə mərkəzi Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Avrasiya Ekonomik İlişkilər Dərnəyi (Eko¬Av-rasya) tərəfindən ödülə layiq görülmüşlər.
Dünən ödüllərin təqdimat törəni keçirilmişdir.
Təqdimat törənində Azərbaycan parlamentinin üzvü Qənirə Paşayeva, filologiya elmlər doktoru, professor Qəzənfər Paşayev, Dünya Gənclər Bankı Şəbəkəsinin bölgəsəl ofisinin başçısı Vüsalə Hüseynli, Quzey Kıprıs Türk Cümhuriyyəti Lefkə Avropa Uni-versitetinin (LAU) Mütəvəlli Heyətinin (İdarə Heyətinin) və Lefkə bələdiyyəsinin başqanı prof. Mehmet Zəfər, LAU-nun prorektoru Akın Cel¬latoğlu və başqa şəxslər iştirak etmişlər.
İlk öncə ödülə layiq görülənləri təbrik edən millət vəkili Qənirə Paşayeva, ödülə layiq görülmüş hər üç şəxsin göstərilən sahədə diqqətəlayiq işləri olduğunu vurğu¬lamışdır. Xanım millət vəkili bu gün Azərbaycan və Türkiyə arasında, ümumən Türk Dünyasında inteqrasiya prosesinə ictimai platformadan, mediadan dəstək göstərilməsini alqışaladığını; belə ödül¬lə¬rin veril¬məsinin gərəkli bir addım olduğunu qeyd etmişdir. O, ödül təqdim edən qurumun da necə bir təsisat olmasının önəm daşıdığını, bu anlamda, artıq Azər¬baycanda da yaxşı tanınan EkoAvrasyanın və eyni adlı dərginin dəyərli işlər gördüyünü və ictimai təsisatlar arasında sayğın bir mövqe qazandığını vurğu¬lamışdır.
Sonra ödülləri sahiblərinə təqdimat edən Kıprıslı qonaq Mehmet Zəfər, təltif olunan şəxslər və təltif edən qurum, təl¬tif səbəbi barədə öz xoş fikirlərini bölüşərək, “Türk Dünyasının birliyi yönündə çalışmaq qürurverici hadisədir və bu yöndə çalışanları fərqləndirməyin dəyərli bir iş olduğunu düşünürəm” deyə fikrini bildirmişdir.
Bu xəbər oxucular tərəfindən 993 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed