Şrift:
İsveç Türkiyədə keçiriləcək təhlükəsizlik toplantısını təxirə salıb
19.09.2024 [10:00] - Türk dünyası-Turan
İsveç Türkiyə təhlükəsizlik toplantısını nəqliyyatla bağlı problemə görə təxirə salıb.

Bu barədə “Reuters“ məlumat yayıb.

Qeyd edilib ki, İsveçin xarici işlər naziri və ədliyyə nazirini daşıyan təyyarə Türkiyəyə gedərkən texniki problemlə üzləşərək Stokholma qayıdıb.

Bu səbəbdən təhlükəsizlik toplantısı təxirə salınıb.

İsveç Xarici İşlər Nazirliyi bildirib ki, ekipaj və sərnişinlər üçün heç bir təhlükə yoxdur və görüş üçün yeni tarix təyin olunacaq.

Qeyd edək ki, Türkiyə ilə İsveç arasında Təhlükəsizlik Mexanizmi üzrə ilk toplantının bu gün Ankarada keçirilməsi planlaşdırılırdı.
Bu xəbər oxucular tərəfindən 43 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed