Şrift:
Sarkisyan: Bizə sübut edin ki, Ağdam erməni torpağıdır
25.07.2013 [11:22] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Bəzi erməni saytları Ağdamın həqiqətən də Azərbaycan torpağının olduğunu o vaxtkı müdafiə naziri, indiki prezident olan Serj Sarkisyanın dilindən yazıblar.
Ağdamın ermənilər tərəfindən işğalının 20-ci ildönümdü.Bu işğal tarixi həm Azərbaycan, həm də erməni saytlarında da yad edildi. Amma bəzi erməni saytları Ağdamın həqiqətən də Azərbaycan torpağının olduğunu o vaxtkı müdafiə naziri, indiki prezident olan Serj Sarkisyanın dilindən yazıblar. Bu da ermənilərin gec də olsa acı etirafıdır. Məsələn, lragir.am yazır ki, Ağdamın “azad” edilməsindən 12 il sonra o vaxtları müdafiə naziri olmuş Serj Sarkisyan deyib – “Ağdam bizim torpağımız deyil”.
Sayt yazır ki, qələbə qazanmış istənilən ölkənin müdafiə naziri bu sözdən sonra postundan getməliydi. Amma ali baş komandanlıq (fərmandehi) onu bu ifadəsinə görə istefaya göndərmədi, hətta ictimaiyyət də bunu tələb etmədi. Sayt yazır ki, müdafiə naziri yaxın ətrafına onu da söyləmişdi ki, bizə sübut edin ki, Ağdam erməni torpağıdır.
Xatırladaq ki, Serj Sarkisyan 1993-1995-ci illərdə, daha sonra 2000-2007-ci illərdə Ermənistanın müdafiə naziri olub.
Bu xəbər oxucular tərəfindən 1317 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed