Şrift:
İstiqlalçı deputat Fərəc Quliyevin TƏBRİKİ
18.10.2024 [18:15] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycan xalqının Sovet imperiyasına qarşı əzmkar mübarizəsinin məntiqi nəticəsi olaraq 18 oktyabr 1991-ci ildə Dövlət Müstəqilliyimiz bərpa olundu. İmperiyadan qurtuluş və dövlət müstəqilliyimizin yenidən əldə olunması , müstəqilliyimiz itiriləndən bərpa olunana qədər bütün nəsillırin ardıcıl,ağır itkilərlə müşayət olunan savaşının qələbə möhürü,xalqın özünü təsdiq imzası idi.
Müstəqillik Azərbaycan xalqının ən böyük milli sərvətidir.
İstiqlalçı deputat kimi Müstəqillik aktının hazırlanması və qəbulunda iştirakım həyatımın ən şərəfli günlərindəndir.
Müstəqillik və azadlıq verilmir,alınır.Bu şərəfli günü millətimizə ərməğan edən Milli Azadlıq Hərıkatının iştirakçılarına ,istiqlalçı deputatlara salam olsun.
Şəhidlərimizə,dünyasını dəyişən Milli Azadlıq Hərıkatı iştirakçılarına ,istiqlalçı deputatlara,Allahdan rəhmət diləyirəm.
Müstəqilliyimizin bərpası günü münasibəti ilə şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından xalqımızı təbrik edirəm.
Bu Böyük Günün əhəmiyyətini yeni nəsillərə daim aşılamaq borcumuzdur.Onlar bu dövləti əbədi olaraq müstəqil yaşadacaqlar.
Vətənimizin bir hissəsində qazanılmış bu müstəqilliyin Bütöv Azərbaycanı əhatə edəcəyinə əminliyimi bildirir, bu müqəddəs yolda Bütöv Azərbaycan və Turan sevdalılarına, harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımıza daha böyük əzm və iradə arzulayıram!
İstiqlalçı deputat,Milli Dirçəliş Hərəkatı (MDH)) partiyasının sədri Fərəc Quliyev.
Bu xəbər oxucular tərəfindən 221 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed