03.08.2013 [12:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Nazirlər Kabinetində təmsil olunacaq şəxslərin siyahısı təkmilləşmək üzrədir və hələ də üzərində iş aparılır. Bu sözləri İranın yeni prezidenti Həsən Ruhaninin sözçüsü Məhəmmədrza Sadiq şənbə günü Trend-in bu ölkəyə ezam olunan əməkdaşına bildirib.
M.Sadiq ümid edir ki, cənab Həsən Ruhaninin söylədiyi kimi bu siyahı təkmilləşərək andiçmə mərasimi günü parlamentə təqdim olunacaq.
O bəzi KİV-lərdə adları çəkilən şəxslərin və təqdim olunan siyahının sadəcə xəbər saytlarının proqnozu kimi dəyərləndirib və deyib ki, həqiqi namizədlərin adları tezliklə açıqlanacaq.
Qeyd edək ki, İranın yeni seçilmiş prezidenti Həsən Ruhaninin andiçmə mərasimi avqustun 4-də keçiriləcək. Ruhani bu gün İranın Ali Lideri Ayətullah Əli Xamenenin qəbulunda olacaq və növbəti 4 il ərzində prezidentlik fəaliyyəti üçün etibarnamə ona təqdim ediləcək. Bununla da Ruhani İranın yeni prezidenti kimi öz fəaliyyətinə başlayacaq. Ötən gecə İranın sabiq prezidenti Mahmud Əhmədinejad ölkənin birinci kanalı ilə İran xalqı ilə vidalaşıb.

Bu xəbər oxucular tərəfindən 1003 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |