Şrift:
İranda 4,6 bal gücündə zəlzələ baş verib
11.08.2013 [11:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şənbə günü İranın cənub qərbində, atom elektrik stansiyasının yerləşdiyi Buşəhr vilayətində 4,6 bal gücündə zəlzələ baş verib. Bu barədə IRNA məlumat verir.
Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoqrafiya Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 21:35-də, 10 km dərinlikdə qeydə alınıb.
İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur.
Bu xəbər oxucular tərəfindən 963 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed