Şrift:
İranın yeni vitse-prezidentləri təyin olunub
12.08.2013 [16:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Prezidenti Həsən Ruhani ölkənin iki vitse-prezidentini təyin edib. Bu barədə "Fars News" agentliyi məlumat yayıb.
Məlumata görə, Məhəmməd Bağır Nöbəxt İranın planlaşdırma və strateji nəzarət üzrə vitse-prezidenti, Elham Aminzadə isə ölkənin hüquqi məsələlər üzrə vitse-prezidenti təyin edilib.
Nöbəxt İranın Mötədillik və İnkişaf Partiyasının Baş katibidir.
Aminzadə Ruhani hökumətində vəzifəyə təyin olunan ilk qadındır. Aminzadə İran Parlamentinin yeddinci çağırışında Milli təhlükəsizlik və xarici siyasət üzrə komitəsinin üzvü olub.
Bu xəbər oxucular tərəfindən 942 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed