Şrift:
Rusiyalı ekspert: Ermənistan Azərbaycan Silahlı Qüvvələrinə ciddi yanaşmalıdır
19.09.2013 [13:28] - Gündəm, Siyasət
"Ermənistan tərəfi mümkün qədər tez Azərbaycana qarşı olan qalib əhval-ruhiyyəsini dəyişməlidir"
Siyasət Rusiyalı ekspert ermənilərə Azərbaycan hərbi gücünə və Silahlı Qüvvələrinə ciddi yanaşmağı məsləhət görüb. Bu barədə erməni jurnalistləri ilə söhbətində Rusiya Analitika Mərkəzinin rəhbəri Andrey Yepifansev bildirib:

“Generallar həmişə keçən döyüşlərdə səhv və çatışmazlıqlar axtarırlar, amma ermənilər isə həmişə bildirirlər ki, onlar Azərbaycan üzərində qələbə çalıblar və yenə də müharibə başlasa, qalib gələcəklər.”

“Bu böyük səhvdir. Bu gün Bakıda ordu tamam başqadır və döyüşün nəticəsinin necə olacağı məlum deyil". Onun sözlərinə görə, Ermənistan tərəfi mümkün qədər tez Azərbaycana qarşı olan qalib əhval-ruhiyyəsini dəyişməlidir.

Qarabağ münaqişəsinin həll edilməsində Rusiyanın mümkün dəstəyi ilə bağlı suala gəlincə isə Andrey Yepifansev bildirib ki, Rusiya hərbi bazası Ermənistanı Azərbaycana kömək məqsədilə Türkiyədən gələn zərbədən qoruyacaq.
Bu xəbər oxucular tərəfindən 1031 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed