Şrift:
Azərbaycanda boşanmaların sayı 2 dəfə artıb
23.11.2011 [10:42] - Sosial
“Son 6-7 ildə Azərbaycanda boşanmaların sayı 2 dəfə artıb”.

Bu barədə Milli Məclisin Sosial siyasət komitəsində “Sosial qanunvericilik: reallıqlar və perspektivlər” mövzusunda keçirilin dinləmələrdə komitənin sədri Hadı Rəcəbli bildirib.

O, qeyd olunan müddət ərzində ölkədə 86-90 min nikah bağlandığını, 8700 boşanma faktının qeydə alındığını bildirib. Nikahların pozulmasının əsas səbəblərindən birinin mülkiyyət məsələləri olduğunu qeyd edən H. Rəcəbli gənclərin ailə qurarkən həkim müayinəsindən keçməməsinin də ciddi problemlər yaratdığını vurğulayıb.

Qeyd edək ki, dinləmələrdə Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun, müxtəlif rayonun icra hakimiyyətlərinin təmsilçiləri iştirak edirlər.
Bu xəbər oxucular tərəfindən 1461 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed