Şrift:
Ərzurumda beynəlxalq konfrans olacaq
25.11.2011 [13:33] - Türk dünyası-Turan
Dekabr ayının 2-4 də Azərbaycanın müstəqilliyinin 20-ci il dönümü ilə bağlı Ərzurumda “Türkiyə-Azərbaycan münasibətlər: Bir ürəkdə iki can: Türkiyə-Azərbaycan” adlı beynəlxalq konfrans keçiriləcək.


Bu haqda mətbuata məlumatı Ankaradan tədbirin təşkilatçılardan olan Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri, "Ekoavrasiya" jurnalının baş redaktoru Hikmet Eren bildirib.

“Avrasiya İqtisadi Əlaqələr Dərnəyi, Avrasiya Vətəndaş Cəmiyyəti Əməkdaşlıq Dərnəyi, Aziziyə Bələdiyyəsinin birgə təşkil etdiyi Konfrans olacaq. Konfrans iki qardaş ölkənin əlaqələrinin daha da inkişafına təkan vermək üçün keçirilir. Düşünürəm ki, ortaq baxışlara, fikirlərə, vahid mövqeyə xidmət edəcək tədbirlərin davamlı olaraq keçirilməsi hər zaman gündəmdə olmalıdır”, - deyə, Hikmet Eren qeyd edib.
Konfransa Türkiyədən, Azərbaycandan millət vəkillərinin, universitet rektorlarının, siyasi ekspertlərin, dərnək sədrlərinin qatılması gözlənilir və onlar iki dövlətin siyasi, iqtisadi, mədəni və s. əlaqələrini əhatə edəcək müxtəlif məruzələr edəcəklər. Eyni zamanda, tədbir bədii formatda davam edəcək və Azərbaycandan gələn şair və aşıqların ifaları dinlənəcək.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1105 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed