Şrift:
Azərbaycan Kubokunun yarımfinalında rekord
25.04.2024 [10:54] - Gündəm, İdman
Azərbaycan Kubokunun yarımfinal mərhələsində 14 qol vurulub.
“Qarabağ”la “Neftçi”nin görüşlərində (4:0, 4:1) doqquz, “Zirə”ylə “Qəbələ”nin matçlarında (2:1, 2:0) beş top qeydə alınıb.

Bu, turnirin tarixində mütləq rekorddur. İndiyədək yarımfinalda ən çox qol 1994/95 və 2008/09 mövsümlərində vurulub. Hər iki halda bu rəqəm 13-ə bərabər olub.

“Qarabağ”la “Neftçi”nin dueli isə turnirin tarixində ən məhsuldar və ən böyük fərqin qeydə alındığı yarımfinaldır. 2021/22 mövsümündə “Qarabağ” “Qəbələ”ni 3:1 və 5:0 hesabları ilə məğlub edib.
Bu xəbər oxucular tərəfindən 933 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed