Şrift:
Azərbaycan Hesablama Palatası bir sıra dövlət qurumlarında yoxlamalar aparacaq
30.10.2013 [11:05] - Gündəm, Sosial
Azərbaycan Hesablama Palatası bir sıra dövlət strukturları tərəfindən büdcə vəsaitlərinin məqsədyönlü istifadəsinə dair audit proqramlarını təsdiq edib.



Hesablama Palatasından verilən məlumata görə, Palatanın kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu, ehtiyat fondları, mənzil və kommunal təsərrüfatı bölmələrindən Gədəbəy rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi, «Milk-Pro» MMC tərəfindən dövlət vergilərinin vergi qanunvericiliyinə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsi, «Bakı İnşaat Layihə» QSC tərəfindən dövlət vergilərinin vergi qanunvericiliyinə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsi və Xızı və Bakı şəhəri Nərimanov rayonları üzrə dövlət torpaq fondunun (o cümlədən, dövlət mülkiyyətində olan torpaqların) bölgüsü, istifadə vəziyyəti və onun barəsində verilmiş sərəncamların uyğunluğu üzrə auditlərin nəticələrinə dair hesabat və rəylər geniş müzakirə olunaraq təsdiq edilib və nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb.



Kollegiyada həmçinin, Xızı rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından ayrılan vəsaitlərin istifadəsinə, Ağstafa və Astara rayonları üzrə dövlət torpaq fondunun (o cümlədən, dövlət mülkiyyətində olan torpaqların) bölgüsü, istifadə vəziyyəti və onun barəsində verilmiş sərəncamların uyğunluğuna, Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinin gəlir və xərclərinin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsinin «Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi» bölməsindən Naxçıvan Muxtar Respublikası büdcəsindən Naxçıvan MR Meşə Təsərrüfatı İdarəsinin saxlanılmasına ayrılan vəsaitlərin maliyyələşdirilməsi, məqsədli və təyinatı üzrə istifadəsinə və Mingəçevir şəhər İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin «Mənzil və kommunal təsərrüfatı» bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair audit proqramları da təsdiq olunub.
Bu xəbər oxucular tərəfindən 678 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed