Şrift:
Azərbaycan Ordusunun polkovniki yol qəzasına düşüb
22.09.2011 [12:43] - Gündəm
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Bakı-Sumqayıt yolunda baş verib. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin qərargah rəisi, polkovnik Zaur Yusifov xidməti avtomobili ilə qəzaya düşüb. Nəticədə zabit ağır yaralanıb. Yaralı hərbi hospitala yerləşdirilib. Hadisə baş verən zaman Z. Yusifovla birgə maşında əsgər də olub. Xoşbəxtlikdən əsgər xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 1405 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed