Şrift:
Fərəc Quliyev: “Bu gün PKK-ya, sabah ermənilərə qarşı”
20.11.2013 [13:07] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Müsahibə: "simsar.az" saytı: Aysel Kərimova
Prezidentliyə keçmiş namizəd: “Türkiyədən döyüş helikopterlərinin alınması uyğun variantdır”

“Azərbaycanın müharibə şəraitində yaşadığı bir vaxtda Türkiyənin T-129 ATAK döyüş helikopterinə maraq göstərməsi təqdirəlayiq addım hesab etmək olar”. Bu sözləri Simsar.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Prezidentliyə keçmiş namizəd Fərəc Quliyev deyib.
“Mən Milli məclisin iclasında bir neçə il əvvəl təklif etmişdim ki,Azərbaycan Türkiyə ilə mədəni-iqtisadi münasibətləri hərbi-siyasi müstəviyə keçirtməyi bacarmalıdır. Hərbi sənayə ilə bağlı qardaş ölkə ilə yeni əməkdaşlığın qurulması əlverişli haldır”.

Həmçinin komitə üzvü T-129 ATAK helikopterlərin alınmasından başqa gələcəkdə də ortaq silah istehsalını, Azərbaycanın silah arsenalının Türkiyə silahları ilə artırılmasının uyğun variant olduğunu bildirib.

“ Milli məclisdə təkliflərimdən biri də Azərbaycan və Türkiyə Asayişi Birgə Mühafizə qüvvələrinin hazırlanması idi. Bu gün həmin qüvvələr Türkiyədə PKK-ya qarışı, sabah Qarabağda erməni seperatçılarına, Ermənistanın işağalçı qüvvələrinə qarşı birgə döyüşə bilərlər”.

“Azərbaycanın Türkiyədən helikopterlərin alınması ilə bağlı hər hansı qərar verilərsə bunu alqışlamaq lazımdır.” - Fərəc Quliyev bildirib.

Xatırladaq ki, Azərbaycan Türkiyənin T-129 ATAK döyüş helikopterinə yaxından maraq göstərməsi ilə bağlı Türkiyədə helikopterin istehsalçısı olan TAİ şirkətindən məlumat yayıbılıb.
Azərbaycan tərəfi Türkiyə Milli Müdafiə Nazirliyi vasitəsi ilə helikopterin qiymətlərini öyrənib: «İlkin olaraq bizdən 2 ədəd ATAK-ın qiyməti istənilib. Türkiyə Müdafiə Nazirliyi Azərbaycana ATAK-ın Türkiyə Silahlı Qüvvələrinə müəyyənləşdirilmiş qiymətini təqdim edib.
Türkiyə tərəfi T-129 ATAK helikopterini 2014-cü ilin sentyabrında Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisində əyani nümayiş etdirmək niyyətindədir.

"simsar.az" saytı Aysel Kərimova
Bu xəbər oxucular tərəfindən 1419 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed