Şrift:
İranın İlam əyalətində güclü zəlzələ baş verib
23.11.2013 [11:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın İlam əyalətində ötən gecə iki güclü zəlzələ baş verib. Bu barədə İRNA agentliyi məlumat verir.
Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 22:00 radələrində baş verib. Birinci zəlzələ Rixter cədvəli üzrə 5,4 və ikinci zəlzələ 5,6 bal gücündə olub.
İlam əyalətinin bir neçə şəhərində, o cümlədən İvan və Çavar şəhərlərində əhali gecəni küçələrdə qalıb.
Baş vermiş zəlzələdən sonra indiyədək həmin bölgədə daha 34 dəfə yeraltı təkanlar qeydə alınıb.
İlam əyalətinin dağ kəndlərinə zəlzələ nəticəsində dəymiş ziyanı araşdırmaq məqsədilə xilasedici qüvvələr və mütəxəssislər göndərilib.
Bu gün İlam əyalətinin bəzi şəhərlərində əhali gecəni sübhədək küçədə gecələdiyi üçün orta məktəblərdə tətil elan olunub.
Qeyd edək ki, ötən gün də İranın Kirmanşah əyalətinin Qəsr-e Şirin şəhərində Rixter cədvəli üzrə 5,4 bal gücündə zəlzələ baş vermişdi.
Bu xəbər oxucular tərəfindən 965 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed