Şrift:
Obama İranı hədələdi
10.12.2013 [13:18] - Güney Azərbaycan xəbərləri, Siyasət
ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama İrana qarşı sanksiyalar rejimini sərtləşdirməyə yenidən söz verib, əgər o, Cenevrədə əldə olunmuş sazişə əməl etməsə.
"Biz sanksiyalar rejiminin mahiyyətini yumşaltmırıq, lakin Tehrana kiçik pəncərə veririk. Əgər yaxın altı ay ərzində İran sazişə getmək istəmədiyini göstərsə, biz sanksiyalara doğru qayıdacağıq", - Obama Vaşinqtondakı Brukinqs adına tədqiqat institutunda öz çıxışında deyib.
Amerika prezidenti vurğulayıb ki, İrana qarşı tətbiq edilmiş sanksiyalar bu ölkənin iqtisadiyyatına ciddi təsir göstərib.
"İran iqtisadiyyatının həcmi ötən il təxminən 5 faiz azalıb. Tətbiq etdiyimiz sanksiyalar ona gətirib çıxarıb ki, Tehranın neft satışından gəlirləri təxminən iki dəfə azalıb", - Obama bildirib.
Bu xəbər oxucular tərəfindən 867 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed