Şrift:
Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişib
13.12.2013 [11:45] - İdman
Avropa Liqasında qrup mərhələsinin oyunları başa çatdıqdan sonra UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, gələn il baş tutacaq qarşılaşmalar ərəfəsində əmsallar cədvəlində cüzi dəyişikliklər olub.



Bu dəyişikliklər Azərbaycanın mövqeyinə də təsir edib. Buna “Şerif” (Moldova) səbəb olub.



Qrup mərhələsinin sonuncu turunda Tiraspol təmsilçisinin “Tromse” (Norveç) üzərindəki 2:0 hesablı qələbəsi Moldovanın xalını 10,375-ə çatdırıb. Bununla, Moldova 31-ci pillədəki Azərbaycana çatıb. Hər 2 ölkənin eyni xalı olsa da, əlavə göstəricilərdə Moldova bizi qabaqlayır.



Qeyd edək ki, klublarımız cari mövsümdə 2,500 xal toplayıb. Bunun – 1,375-i “Qarabağ”ın, 0,625-i “İnter”in, 0,375-i “Xəzər Lənkəran”ın, cəmi 0,125-i isə “Neftçi”nin payına düşür.



Ölkəmizin indi qərarlaşdığı 32-ci yer də 2015/16 mövsümündə ölkə kubokunun qalibini Avropa Liqasının II təsnifat mərhələsinə göndərmək hüququ verir.



UEFA reytinqində 21-35-ci yerlər
...21. Polşa - 18,875

22. Belarus – 18,625

23. Şotlandiya - 16,566

24. İsveç – 16,325

25. Bolqarıstan – 14,875 (1 klubu mübarizəni davam etdirir)

26. Norveç - 14,275

27. Serbiya - 14,125

28. Macarıstan – 11,625
29. Slovakiya - 11,000
30. Sloveniya – 10,750 (1 klubu mübarizəni davam etdirir)

31. Moldova – 10,375

32. Azərbaycan – 10,375

33. Gürcüstan – 9,875

34. Qazaxıstan – 8,250

35. Bosniya və Hersoqovina – 7,500...
Bu xəbər oxucular tərəfindən 787 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed