Şrift:
“Azərbaycanda 455 müəllimin saxta diplomla işlədiyi məlum olub, onların hamısı işdən çıxarılıb”
03.12.2011 [11:48] - Xəbərlər
“Azərbaycanda təhsil sənədlərinin ekspertizası məqsədilə ölkədə fəaliyyət göstərən 150 min müəllimdən 1/3-dən çoxunun, yəni 58 970 nəfərin sənədləri araşdırılıb”.

Bunu Təhsil Nazirliyində keçirilən kollegiya iclasında nazir M. Mərdanov deyib.

Nazir bildirib ki, əsasən 1990-cı ildən bəri olan sənədlər araşdırılıb. Araşdırmalar nəticəsində saxta diplomla işləyən 455 nəfər müəyyən edilib, onların hamısı işdən çıxarılıb.

M. Mərdanov, həmçinin deyib ki, araşdırmalara əsasən 260 nəfərin lisenziyası olmayan müəssisələrin, 468 nəfərin leqallaşdırılmamış ali məktəblərin diplomları ilə işlədiyi aşkar edilib. Bu, əsasən qonşu ölkələrlə sərhəd olan rayonlara aiddir. Araşdırmalar özəl təhsil müəssisələrinin arayışı ilə 11 nəfərin, müxtəlif kursların vəsiqəsi ilə 54 nəfərin işlədiyini aşkarlayıb.

Nazir deyib ki, bu işlər davam etdiriləcək və saxta diplomla işə görülmə faktları sona qədər araşdırılaraq, müvafiq tədbirlər görüləcək.
Bu xəbər oxucular tərəfindən 1115 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed