Şrift:
MDHP-GAD Güney Azərbaycanda ictimai-siyasi vəziyyətin son durumuyla bağlı tədbir keçirdi (vodeo, foto)
08.02.2014 [12:55] - Güney Azərbaycan xəbərləri, Siyasi partiyalar, Güney Azərbaycan-Təbriz
Dünən Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin təşəbüsü ilə MDHP Mərkəzi Qərargahının konfrans zalında, Güney Azərbaycanda ictimai-siyasi vəziyyətinin son durumu haqda tədbir keçirdi.
Tədbiri şəhidlərimizin ruhunu bir dəqiqəlik sikutlta yad edərək açıq elan edən MDHP Güney Azərbaycan Departamentinin sədri, MDHP sədr müavini Əlirza Amanbəyli Güney Azərbaycanda və İranın başqa şəhərlərində həbsdə olan milli fəallrın durumu,Urmiya gölünün İran rejimi tərəfindən məqsədli şəkildə qurudulması,Qərbi Azərbaycan vilayətlərinə İraqdan və Türkiyədən köçürülıən terrorçu kürdlər və olnların Azərbaycan torpaqlarına yersiz iddiaları, İran rejiminin son günlərdə qeyri fars xalqların öz andilində təhsil alması məsləsinin gündəmə gətirilməsi mövzularında tədbir iştirakçılarına geniş məlumat verdikdən sonra, müvzu ətrafında fikirləri müzakirə etmək üçün tədbir iştirakçılarına söz verildi.
Tədbirdə, Azərbaycan Millli Elmlər Akademiyası Cənubi Azərbaycan Şöbəsinin aparıcı alimi doktor Əkrəm Rəhimli, AMEA Şərqşünslıq İnsitutunun əməkdaşı doktor Səməd Bayramzadə,türkoloq Aydın Mədətoğlu, Oktay Daş Oğuz, MDHP Sədri, millət vəkili Fərəc Quliyevlə yanaşı, MDHP Ali Məclisinin sədri Tahir Seyidov, MDHP sədr müvini Bayram Abbasov, MDHP İdeloji məsələlər üzrə sədr müavini Həbib Ələkbərsoy, MDHP Qərbi Azərbaycan Departamentinin sədri Arif Abbasov, MDHP Qarabağ Departamentinin sədri Şakir Ağayev, MDHP sədrinin Təşkilati məsələlər üzrə müavini Malik Talıbov, MDHP Gənclər üzrə sədrin müşaviri Coşqu Dadaşov və Leyla Cahngirova, MDHP GAD-ın sədr müvini Türkər xalxalının iştirakilə nəzərdə tutulan mövzular ətrafında geniş müzakirələr aparıldı.
Tədbirin sonunda İran rejimindən Güney Azərbaycan Türklərinin milli hüquq və azadlıqlarını tələb edən bəyanat qebul edildi.
MDHP-GAD Güney Azərbaycanda ictimai-siyasi vəziyyətin son durumuyla bağlı tədbir keçirdi (vodeo, foto)

MDHP-GAD Güney Azərbaycanda ictimai-siyasi vəziyyətin son durumuyla bağlı tədbir keçirdi (vodeo, foto)


Bıyanatda deyilir:
Şovinist siyasi imperiyalar dövrü artıq sona çatıb. XXI əsr demokratiya əsridir. Demokratiya da tələb edir ki, İran İslam Cümhuriyyəti yetkililəri:
1. Qəbul etdiyi Konstitusiyasına və imza atdığı beynəlxalq sənədlərə əməl etsin.
2. 40 milyonluq Güney Azərbaycan Türkünün assimilyasiyaya uğradılmasına son qoysun.
3. 40 milyonluq Güney Azərbaycan Türkünün Tanrının ona bəxş etdiyi ana dilinə qadağa qoymasın.
4. 40 milyonluq Güney Azərbaycan Türkünün ana dilində orta və ali məktəb açmasına, ana dilində təhsil almasına, ana dilində azad mətbuatının, radio və televiziyasının fəaliyyət göstərməsinə, şərait yaratsın.
5. Əlli milyonluq Azərbaycan Türkünün tarixini danmasın, onların yaratdığı maddi-mənəvi mədəniyyət nümunələri farsların adına çıxmasın.
6. Tarixə öz milli və mənəvi möhürünü vurmuş, dünya mədəniyyətinə öz unikal töhvələrini vermiş, 40 milyonluq Güney Azərbaycan Türkünü fars şovinizminin girovuna çevirməsin.
7. 40 milyonluq Güney Azərbaycan Türkünün göz bəbəyi olan Güney Azərbaycan Milli Hərəkatçılarına, onların ailələrinə dünyada analoqu olmayan qəddarlıqlarına, vəhşiliklə son qoysun.
İran İslam Respublikasının iqtidarına bəyan edirik ki, 40 milyonluq Güney Azərbaycan Türkü öz milli tarixini, milli mədəniyyətini öz dilində öyrənmək, öyrətmək, öz milli musiqisini inkişaf etdirmək, öz siyasi təşkilatını yaratmaq, sərbəst toplaşmaq, öz milli sərvətinə sahib çıxmaq və bu sərvətdən özü yararlanmaq, özü-özünü idarə etmək, öz müstəqil, demokratik dövlətini yaradıb müstəqil yaşamaq istəyir.
Güney Azərbaycan türklərinin bu istəkləri müasir dünyanın demokratik tələblərinə tamamilə uyğundur. BMT-yə üzv olan dövlətlərin hamısı, o cümlədən də İran İslam Cümhuriyyəti qəbul edib ki, bir xalqın öz müqəddəratını həll və təyin etmək hüququ vardır.

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1570 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed