Şrift:
Bu gün Mançester Siti futbolçuları Barselonanı sınağa çəkəcək
19.02.2014 [14:08] - İdman
Günün daha bir qarşılaşması Almaniyanın Leverkuzen şəhərində baş tutacaq, “Bayer” Leverkuzen Fransanın PSJ komandasını qəbul edəcək

Bu gün futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin 2 oyunu ilə Avropanın ən nüfuzlu futbol turnirinə start veriləcək.

İlk oyun günündə olduqca maraqlı qarşılaşma gözlənilir. İngiltərənin “Mançester Siti” futbolçuları öz meydançasında İspaniyanın “Barselona” komandasını qəbul edəcək.
Xatırladaq ki Premyer Liqa təmsilçisi tarixində ilk dəfə olaraq Avropa kuboklarında “Barselona” ilə qarşılaşacaq.

Günün daha bir qarşılaşması Almaniyanın Leverkuzen şəhərində baş tutacaq. “Bayer” Leverkuzen Fransanın PSJ komandasını qəbul edəcək.

1/8 final mərhələsinin daha 2 qarşılaşması sabah keçiriləcək. Çərşənbə günü “Arsenal” “Bavariya”nı, “Milan” isə “Atletiko”nu sınağa çəkəcək.
Bu xəbər oxucular tərəfindən 924 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed