Şrift:
Təbrizin Traxtur futbol komandası Asiya oyunlarını başlayır
25.02.2014 [11:24] - Güney Azərbaycan xəbərləri, İdman
Bu həftə Təbrizin “Traxtur” futbol takımı Asiya Çempionlar Liqasında oyunlara başlayır.
2-ci gün Səudiyyə Ərəbistanının ƏlİTTİHAD futbol takımının üzvləri xüsusi uçaqla Təbrizin hava limanına gələcəklər. Uçaq yerli vaxtla saat 12 raadələrində Təbrizin beynəlkxalq hava limanına daxil olacaq. Bu barədə Şərqi Azərbaycanın hava limanlarının gənəl müdiri jurnalistlərlə görüşdə bildirib.
“Traxtur” Asiya Çempionlar Liqasında birinci müsabiqəsini ƏLİTTİHAD takımı ilə fevralın 26-ı yerli vaxtla saat 16:00-da Təbrizin səhənd stadionunda keçirəcək. “Traxtur” bu dövr müsabiqələrdə Səudiyyənin ƏlİTTİHAD, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ƏLƏYN və Qətərin LƏXOA takımı ilə qarşılaşacaq. Rəqib takımların güclü olduğu da bildirilir.
Qeyd edək ki, bu günə qədər Azərbaycanın milli və mədəni hüquqlarının keşiyində duran soydaşlarımız “Traxtur”un müsabiqələrini öz milli hüquqları uğrunda düzgün qiymetləndiriblər. Keçən il “Traxtur” Birləşmiş Ərəb Əmirliklərinin “Əlcəzirə” takımı ilə müsabiqədə (3 – 1) hesabı ilə öz rəqibi üzərində qələbə çaldı. Lakin “Traxtur”un qələbəsi yalnız bununla məhdudlaşmadı. Həmin müsabiqədə xəbəri dünya üzrə yayılan məşhur "South azerbaijan is not iran " (Güney Azərbaycan İran deyil) plakatı nümayiş etdirildi. 10 metrlik plakatın nümayiş etdirilməsi Azərbaycan türk millətinin xüsusi sevincinə səbəb oldu. Bu kimi səbəblərə görə, “Traxtur”un gözlənilən müsabiqəsində də çoxlu soydaşımızın izləyici qismində iştirak edəcəyi gözlənilir… .
Bu xəbər oxucular tərəfindən 938 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed