Şrift:
Abdulla Gül: Türkiyə, Azərbaycan və Gürcüstan Ukrayna məsələsində həmfikirdir
06.05.2014 [15:13] - Gündəm, Siyasət
“Türkiyə, Azərbaycan və Gürcüstan Ukrayna məsələsində həmfikirdir”.

APA-nın Gürcüstana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkiyə prezidenti Abdulla Gül bu gün Tiflisdə keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin sammitinin yekununa həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, sammitdə Ukrayna mövzusu da müzakirə olunub və ortaq mövqe ortaya qoyulub: “Bizim əsas mövqeyimiz ərazi bütövlüyünün qorunması, toxunulmazlığıdır. Bu baxımdan Gürcüstan və Azərbaycan dövlətlərinin də ərazi bütövlüyünün bərpası və toxunulmazlığının tərəfdarıyıq”.
Bu xəbər oxucular tərəfindən 710 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed